İlisu Dövlət Təbiət Qoruğunun Ağyazı ərazisində ekoloji monitorinq aparılıb
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya, Landşaftşünaslıq və Tut ipəkqurdunun seleksiyası şöbələrinin əməkdaşları tərəfindən İlisu Dövlət Təbiət Qoruğunun Ağyazı ərazisində ekoloji monitorinq keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, monitorinq zamanı ərazinin torpaq və bitki örtüyü tədqiq olunub, həmçinin Saturnia puri vəhşi ipəkqurdunun təbiətdəki arealının öyrənilməsi üzrə araşdırmalar aparılıb.