İlk beynəlxalq həkimlər qrupu Qəzza sektoruna daxil olub
Bakı, 27 oktyabr, AZƏRTAC
Beynəlxalq həkimlərin İlk qrupu Misirlə sərhəddə yerləşən “Rafah” nəzarət-buraxılış məntəqəsindən blokadada olan Qəzza sektoruna daxil olub.
AZƏRTAC Al Hadath telekanalına istinadla xəbər verir ki, beynəlxalq həkimlər qrupu Fələstin eksklavına humanitar yüklər daşıyan növbəti yük maşınlarının kolonnası ilə birgə keçib. Bundan öncə onlar Misir ərazisində Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşüblər. Qəzza sektoruna gələn həkimlərin dəqiq sayı barədə məlumat verilmir.
Qəzza xəstəxanaları hazırda tibbi avadanlıqlar və preparatların, yataq fondu və personalın kəskin çatışmazlığı ilə üzləşib. Bundan başqa, xəstəxanaların böyük bir hissəsi raket zərbələri ilə dağıdılıb və ya istifadəyə yararsız vəziyyətə düşüb, bəziləri isə evlərini itirən insanların müvəqqəti yaşayış yerinə çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]