İlon Mask Las-Veqas şəhəri altından salınacaq tunelin eskizini təqdim edib
Bakı, 24 iyul, AZƏRTAC
“The Boring Company” şirkətinin qurucusu İlon Mask ABŞ-ın Las-Veqas şəhəri altından salınacaq tunelin eskizini dərc edib. Tunel tıxaclardan yayınmaq üçün nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, İlon Mask eskiz layihəsini özünün “Twitter” səhifəsində paylaşıb, ona “Yaxın zamanlarda olacaq”, - şərhini yazıb.
Yeni tuneldə sərnişinlərin saatda 250 kilometr sürət yığa biləcək TESL elektrokarları ilə daşınması planlaşdırılır.
Qeyd edək ki, doğma Los-Anceles şəhərində tıxaclardan narazı olan İlon Mask hələ 2016-cı ildə “The Boring Company” kompaniyasının əsasını qoyub. Bu ilin mayında kompaniya Las-Veqas şəhərinin altından keçən ikinci tunelin tikintisinə başlayıb. Gələn il bu tuneldə sürətli avtomobil trasının istifadəyə veriləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]