İlqar Musayev: “CIDC 2023” kimi yarışların keçirilməsi nəticəsində gələcəyə yaxşı mütəxəssislərlə addımlayacağıq
Bakı, 27 oktyabr, AZƏRTAC
"CIDC 2023" tədbiri çərçivəsində “Kibermüharibə” yarışı başa çatdı. Bu gün qalib müəyyən olundu. Azərbaycan Respublikası Dövlət Neft şirkətinin komandası birinci, "Azercell" şirkəti ikinci, Prezidentin Təhlükəsizlik Xidmətinin komandası isə üçüncü oldu. Bu, final oyunu olduğu üçün heç bir komanda uduzmuş hesab olunmur. Dostluq qalib gəldi. Çünki bu “Kibermüharibə”də iştirak edən 20 komanda hamısı ölkə üçün çox önəmli və vacib komandalardandır.
AZƏRTAC xəbər verir ki, bunu "CIDC 2023" ün bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev deyib.
İlqar Musayev bildirib ki, belə bir tədbir regionda ilk dəfə keçirildi. "İnanıram ki, bu yarışlar ölkəmizdə davamlı olaraq keçiriləcək. Biz bu yarışı Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirdik. Belə yarışların keçirilməsi nəticəsində gələcəyə yaxşı mütəxəssislərlə addımlayacağıq", - deyə İlqar Musayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]