REGİONLAR
İmişlidə süd istehsalı məntəqəsinin fəaliyyəti antisanitar şəraitə görə dayandırılıb VİDEO
İmişli, 29 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin Ucar regional bölməsi tərəfindən İmişli rayonunda keçirilən reyd zamanı sanitar tələblərin pozulduğu süd istehsalı məntəqəsi aşkarlanıb.
Regional bölmənin əməkdaşı Səbuhi Nuriyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, İmişlinin Bəhrəmtəpə qəsəbəsi ərazisində fəaliyyət göstərən obyektə baxış keçirilən zaman antisanitar şəraitdə istehsal aparıldığı, həmçinin müəssisə daxilindəki şəraitin normalara uyğun olmadığı müəyyən edilib. Sahibkar agentliyin əməkdaşları tərəfindən nöqsanlar barədə məlumatlandırılıb və həmin çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib. Müəssisənin fəaliyyəti dayandırılıb.