İndoneziyada dağıntı altında qalan 38 nəfərin xilas edilməsi üçün əməliyyat aparılır
Pekin, 30 sentyabr, AZƏRTAC
İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarco rayonunda internat tipli məktəb binasının uçması nəticəsində ölənlərin sayı 3-ə çatıb.
AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, Dövlət Axtarış və Xilasetmə Agentliyi sentyabrın 29-da baş verən faciə nəticəsində 80-dən çox insanın xəsarət aldığını açıqlayıb. Hazırda dağıntı altında qaldığı güman edilən 38 nəfərin xilasetmə əməliyyatı sürətlə davam edir. Əraziyə yüzlərlə xilasedici cəlb olunub. Onlar dağıntı altında qalanları oksigen və su ilə təmin edirlər.
Agentliyin açıqlamasında deyilir ki, hadisə baş verən binada icazəsiz bir mərtəbə inşa olunurmuş. Ehtimal edilir ki, binanın bünövrəsi buna tab gətirməyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]