İndoneziyada kamikadzenin kilsəyə hücumu nəticəsində bir neçə nəfər yaralanıb
Tokio, 28 mart, AZƏRTAC
Martın 28-də yerli vaxtla səhər saatlarında İndoneziyanın Makassar şəhərində kamikadzenin katolik kilsəsinə hücumu nəticəsində bir neçə nəfər yaralanıb. Terrorçu özü həlak olub.
AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə əyalətin polis idarəsi məlumat yayıb. Partlayış anı küçədə yerləşən kameralar tərəfindən qeydə alınıb.
Bildirilir ki, partlayış kilsədə bazar günü ibadəti zamanı baş verib. Hadisə nəticəsində zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Partlayış zamanı kilsədə olanların xəsarət almadığı qeyd edilir.
Hazırda hadisənin detalları araşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]