İndoneziyada qəzaya uğramış təyyarənin “qara qutu”sunda olan məlumatlar götürülüb
Tokio, 15 yanvar, AZƏRTAC
İndoneziyalı mütəxəssislər “Sriwijaya Air” şirkətinə məxsus qəzaya uğramış təyyarənin “qara qutu”sundakı məlumatları əldə etməyə nail olublar.
AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın Nəqliyyatda Təhlükəsizliyin Təmin Olunması Komitəsi məlumat yayıb. Bildirilir ki, aparatdakı 330 parametrin hamısı yaxşı vəziyyətdədir.
Uçuşun parametrlərinin əks olunduğu göyərtə aparatı dalğıclar tərəfindən yanvarın 12-də tapılaraq dənizdən çıxarılıb. Pilotların olduğu kabinədəki səsyazan cihazın axtarışları isə hələ də davam edir. Bu günə olan son məlumata görə, onun düşdüyü ərazi artıq müəyyən edilib.
Xatırladaq ki, İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus “Boeing 737-500” təyyarəsi yanvarın 9-da Cakarta yaxınlığında dənizə düşüb. Onun göyərtəsində 56 sərnişin və 6 heyət üzvü olub. Komitədən bildirildiyinə görə, təyyarənin göyərtəsində yalnız İndoneziya vətəndaşları olublar.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]