İngiltərədə qatarda kütləvi bıçaqlanma nəticəsində yaralananların sayı 11-ə çatıb
London, 2 noyabr, AZƏRTAC
İngiltərədə qatarda baş verən bıçaqlanma hadisəsində 11 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Kembricşir qraflığında qatarda baş verən kütləvi bıçaqlanma hadisəsi ilə bağlı, ümumilikdə, 11 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan iki nəfərin vəziyyəti həyati təhlükəlidir, dörd nəfər isə artıq evə buraxılıb.
Böyük Britaniya Nəqliyyat Polisi hadisə ilə bağlı Hantinqdon stansiyasında mətbuat konfransı keçirib. Bildirilib ki, hadisə barədə “qaynar xətt”ə zəng daxil olduqdan cəmi səkkiz dəqiqə sonra iki nəfər polis tərəfindən saxlanılıb. Onların 32 yaşlı qaradərili britaniyalı və 35 yaşlı Karib mənşəli britaniyalı kişi olduqları açıqlanıb.
Hər iki şəxs Böyük Britaniyada anadan olub və qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlanılıblar. Hadisənin terror aktı olduğuna dair heç bir dəlil yoxdur. İstintaq davam edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]