İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə Komissiyanın yeni tərkibdə videokonfrans formatında ilk iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş iqlim dəyişmələri üzrə çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülmüş işlər, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 mart tarixli 1920 nömrəli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş iqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılmış İşçi Qrupun fəaliyyət planı müzakirə edilib.
Dövlət Komissiyasının sədri Əli Əhmədov zəruri fəaliyyətlərlə bağlı prioritet istiqamətlər üzrə müvafiq hesabatların, fəaliyyət planlarının hazırlanması, monitorinq, hesabat vermə və yoxlama sisteminin yaradılması üzrə təkliflərin hazırlanması ilə əlaqədar tapşırıqlar verib, həmçinin iqlim maliyyələşdirilməsinə daxili və xarici vəsaitlərin cəlb edilməsinin və bu sahədə təbliğatın, məlumatlandırmanın artırılmasının zəruriliyini Komissiya üzvlərinin diqqətinə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:52]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]