İrakli Kobaxidze: Gürcüstan Cənubi Qafqazda regional sabitliyə töhfə verməyə çalışır
Tbilisi, 12 dekabr, AZƏRTAC
Rəsmi Tbilisi Cənubi Qafqazda neytral və etibarlı dialoq platforması yaradaraq bölgə ölkələri arasında etimad mühitinin güclənməsinə çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistanda keçirilən “Sülh və Etimad: Davamlı Gələcək üçün Məqsədlər Toplusu” beynəlxalq forumunun plenar iclasındakı çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Gürcüstan regional sabitliyə töhfə verməyə, uzunmüddətli sülh, dialoq və təhlükəsizlik siyasətinə sadiqdir: “Biz aydın sülhsevər siyasət istiqamətini rəhbər tuturuq. Cənubi Qafqazda neytral və etibarlı dialoq məkanı təklif etməklə regional sabitliyə töhfə verməyə çalışırıq”.
Baş nazir qeyd edib ki, Gürcüstan gərginliyin azaldılması və ölkələr arasında ünsiyyət kanallarının formalaşdırılması məqsədilə müxtəlif müzakirələrə start verib və bu prosesin asanlaşdırılmasında fəal rol oynayır: “Beynəlxalq Sülh və Etimad İlinin prinsiplərini real nəticələrə çevirmək üçün tərəfdaşlarla sıx əməkdaşlıq edirik”.
“Biz inanırıq ki, davamlı gələcək həm dialoq, həm də fəaliyyət tələb edir. Ortaq məqsədlərə birlikdə nail ola, gələcək nəsillər üçün daha təhlükəsiz, sabit və davamlı mühit yarada bilərik”, – deyə Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]