İrakli Kobaxidze: Gürcüstana gətirilən heksogen maddənin arxasında Ukraynanın xüsusi xidmət orqanları dayanır
Tbilisi, 15 sentyabr, AZƏRTAC
“Gürcüstana gətirilən heksogen maddənin arxasında Ukraynanın xüsusi xidmət orqanları dayanır. Partlayıcı onların göstərişi ilə Gürcüstana gətirilib və bu, çox təəssüf doğurur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan dövlətinə qarşı belə kobud münasibət çox təəssüf doğurur:
“Biz Ukraynanın yüksəkrütbəli rəsmilərinin Gürcüstanda ikinci cəbhə açmaq istədikləri barədə eşitmişik. Bu münasibət təəssüf doğurur. Biz Ukraynada yaranmış vəziyyətə əsaslanaraq birtərəfli dostluq rejimində qalırıq. Təəssüf ki, qarşı tərəfdən bunun əksini görürük”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]