İrakli Kobaxidze: Gürcüstanda “Maydan” və ukraynalaşma olmayacaq
Tbilisi, 12 fevral, AZƏRTAC
Gürcüstanda "Maydan" və ukraynalaşma olmayacaq. Bu proseslərin ardınca inqilab gəlir, "Maydan"ın və müharibənin dost ölkəmizə necə fəlakətlər gətirdiyini hamımız görürük.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, uzun müddətdir ki, hökumət Gürcüstanın ukraynalaşmasına yol verməməkdən danışır və bunun fonunda konkret ölkələrin nümayəndələri “Maydan” ssenarisini hazırlamaqla məşğuldur və bu da dərin təhlil üçün əsas verir.
“Gürcüstanda nə “Maydan” olacaq, nə də ukraynalaşma. Görürsünüz, inqilab, “Maydan”, sonra bu proseslərin ardınca gedən müharibə ölkəmizə nə gətirdi. Əsas səylərimiz ölkəmizdə “Maydan”ın təkrarlanmasının qarşısını almağa, ən əsası isə konkret subyektlərin çox istədiyi və görünür, indi də arzuladığı “ikinci cəbhə”nin açılmasının qarşısını almağa yönəldilməlidir”, - deyə Baş nazir bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]