İran ABŞ ilə yekun danışıqlar üçün şərtini açıqlayıb
Bakı, 30 iyun, AZƏRTAC
İran yalnız Tehranla Vaşinqton arasında imzalanan memorandumunun bütün bəndləri yerinə yetirildikdən sonra yekun razılaşma üzrə danışıqlara başlayacaq.
AZƏRTAC xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Beqai bu barədə mətbuat konfransında deyib. “ABŞ ilə görüşün bir məqsədi olmalıdır. Əgər yekun razılaşma üzrə danışıqlara başlamaqdan söhbət gedirsə, bu, anlaşma memorandumunun bütün bəndləri yerinə yetirildikdən sonra mümkündür. Yaxın günlərdə mövcud prosesi qiymətləndirməli və yekun razılaşma üzrə danışıqlara nə vaxt başlayacağımıza qərar verməliyik”, - deyə o bildirib.
Xatırladaq ki, iyunun ortalarında İran və ABŞ bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan memorandumu imzalayıb. İyunun 21-də İsveçrədə tərəflər arasında memorandumun icrasına dair danışıqlar baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]