İRAN AVROPA ÖLKƏLƏRİNİ “HƏDƏ-QORXU DİLİ” İLƏ DANIŞMAMAĞA ÇAĞIRIR
Xatırladaq ki, Avropa İttifaqında sədrlik edən Avstriyanın bu günlərdə yayılmış xüsusi bəyanatında bildirilmişdir ki, nüvə texnologiyası sahəsində işlərə yenidən başlanması Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın “nüvə dosyesi”nə dair qətnamələrinin “məna və ruhu”nun pozulması demək olacaqdır. İran diplomatı bu bəyanatı şərh edərək demişdir ki, “bu elmi işlər BAEA-nın nəzarəti altında aparılacaqdır”. O vurğulamışdır ki, Nüvə silahının yayılmaması haqqında müqavilənin üzvü olan bütün ölkələrin BAEA normaları ilə şərtləndirilən belə tədqiqatlar aparmaq hüququ var. Lakin, Asəfinin sözlərinə görə, nüvə texnologiyaları sahəsində tədqiqatlar İranın atom proqramı haqqında Tehranla Avropa üçlüyü - Böyük Britaniya, Fransa və Almaniya arasında danışıqların mövzusu deyildir. XİN nümayəndəsi həmçinin bildirmişdir ki, hazırda İran BAEA ilə lazımınca əməkdaşlıq edir və müxtəlif səviyyələrdə məsləhətləşmələr aparır.
İranın nümayəndəsi bir neçə gün əvvəl Avropa üçlüyünün nümayəndələrinə demişdir ki, yanvarın ya 9-da, yaxud da 10-da BAEA inspektorlarının iştirakı ilə İranın nüvə elmi tədqiqat mərkəzlərindəki avadanlıqdan plombların götürülməsi planlaşdırılır.