İran ordusu genişmiqyaslı hərbi təlimlərə başlayıb
Tehran, 11 fevral, AZƏRTAC
Fevralın 11-də İran silahlı qüvvələrinin quru qoşunları genişmiqyaslı hərbi təlimlərə başlayıb.
AZƏRTAC İran dövlət televiziyasına istinadla xəbər verir ki, “Böyük Peyğəmbər” adlı təlimə pilotsuz uçuş aparatları və uzun mənzilli raketlər də cəlb edilib.
İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei İslam inqilabının 42-ci ildönümü münasibətilə xalqa müraciətində ordunun təlimlərini təqdir edərək, silahlı qüvvələrinin gücünün artmasının qürurverici olduğunu bildirib.
Qeyd edək ki, İran silahlı qüvvələrinin quru qoşunları yanvarın 15-də də təlimlər keçirmişdi. Fevralın sonunda isə İran, Rusiya və Çin Oman dənizi və Sakit okeanda birgə təlim təşkil edəcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]