İRAN PREZİDENTİNİN MƏTBUAT KONFRANSI
İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad avqustun 22-də onun üçün ayrılmış iqamətgahda - “Ulduz” sarayında kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirmişdir.
Jurnalistlərin suallarını cavablandıran İran dövlətinin başçısı bildirmişdir ki, İran və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin qədim tarixi vardır. Ölkələrimizin xalqları hər zaman bir-birinə kömək etmişlər.
Mahmud Əhmədinejad ümidvar olduğunu bildirmişdir ki, Azərbaycana bu səfərindən sonra ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaqdır.
İran Prezidenti demişdir ki, Azərbaycanın ən böyük problemi işğal altında olan torpaqlardır. İran münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Biz bu məsələdə Azərbaycanın haqq işini dəstəkləyirik.