İRAN SƏRHƏDÇİLƏRİ İRAQIN SƏRHƏD KEŞİKÇİSİNİ ÖLDÜRMÜŞLƏR
Hadisə İraqın Bəsrə şəhəri yaxınlığında baş vermişdir. Yerli hakimiyyət orqanlarının nümayəndəsi bildirmişdir ki, İraqın patrul qayıqları ölkədən qaçaqmalçılıq yolu ilə neft daşıyan tankeri izləyirmiş. Tankerin iranlı kapitanı sahil mühafizə xidməti ilə əlaqə saxlayaraq, onlara basqın edildiyi barədə məlumat vermişdir. Hadisə yerinə gələn İran sərhədçiləri İraq katerlərini gülləbaran etmiş, bir sərhədçini öldürmüş, bir neçə dənizçini yaralamışlar. Sağ qalan iraqlılar və iki patrul kateri İranın Abadan şəhərinə aparılmışdır.
İraq sərhədçilərinin sözlərinə görə, bu, İran gəmilərinin sərhəd keşikçilərinə birinci basqını deyildir.