İRAN XƏZƏR SAMMİTİNİ İLİN İKİNCİ YARISINDA TEHRANDA KEÇİRMƏYİ TƏKLİF EDİR
K.Xərrazi ümidvar olduğunu söyləmişdir ki, XİN başçılarının Moskva görüşü Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan liderlərinin zirvə toplantısının gündəliyini müəyyən edəcəkdir. O demişdir: “Xəzərin problemlərinə dair danışıqlar prosesi fəal gedir. Tərəflər bir sıra konkret razılaşmalara gəlmişlər və indi bunu möhkəmləndirmək lazımdır”.
İran nazirinin fikrincə, sahilyanı dövlətlərin nümayəndələrinin danışıqları konstruktiv olmuşdur. O, ümidvar olduğunu bildirmişdir ki, Moskva görüşünün iştirakçıları hələ də həll edilməmiş qalan bütün məsələləri razılaşdırmağa müvəffəq olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]