İrana qarşı yeni sanksiyalar tətbiq olunub
Tehran, 19 noyabr, AZƏRTAC
ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni iddialar irəli sürərək 6 hüquqi şəxsin və 1 innovasiya şirkətinin adını sanksiyalar siyahısına əlavə edib.
AZƏRTAC xəbər verir ki, məsələyə münasibət bildirən İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə ABŞ-ın irəli sürdüyü iddiaları uydurma, tətbiq etdiyi sanksiyaları isə qanunsuz hesab edib. O bildirib ki, İrana qarşı tətbiq edilən sanksiyalar siyasi xarakter daşıyır və beynəlxalq hüquq normalarının pozulması ilə müşayiət olunur. İranın heç bir şirkəti ABŞ-da keçirilən son prezident seçkilərinə müdaxilə etməyib.
Qeyd edək ki, ABŞ prezident seçkiləri zamanı İranın innovasiya şirkətinin seçki məntəqələrinə haker hücumu təşkil etdiyini iddia edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:47]
ABŞ-də B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]