İranda koronavirusdan bir gündə 120 nəfər ölüb
Tehran, 17 iyun, AZƏRTAC
Artıq 4-cü gündür ki, İranda koronavirusdan ölənlərin sayı 100-dən çox olur. Son 24 saat ərzində 2612 nəfər virusa yoluxub, 120 nəfər vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 195 min 51 nəfərə, ölənlərin sayı isə 9185-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 154 min 812 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 3 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.
Qeyd olunub ki, İranın Kürdüstan, Sistan-Bəlucistan, Şərqi Azərbaycan, Fars vilayətlərində yoluxma və ölüm halları daha çox qeydə alınır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]
“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb
- 08.10.2026 [13:54]
Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [12:57]