İranda koronavirusdan ölənlərin sayı 7 min 183 nəfərə çatıb
Tehran, 20 may, AZƏRTAC
Son 24 saat ərzində İranda koronavirusa 2346 yoluxma halı aşkar edilib, 64 nəfər isə ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 126 min 949 nəfərə, ölənlərin sayı isə 7 min 183-ə çatıb.
Xüsusi rejimli xəstəxanalarda müalicə alan 98 min 808 nəfər sağalaraq evə buraxılıb.
Mətbuat katibi onu da vurğulayıb ki, intensiv terapiya şöbəsində yatan 2 min 673 nəfərin vəziyyəti ağırdır. Bu günə kimi İranda 731 min 213 nəfər testdən keçirilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:47]
ABŞ-də B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]