İranda silah qaçaqmalçıları həbs edilib
Tehran, 19 avqust, AZƏRTAC
İranın Əlborz, Tehran, Kirmanşah, Lorestan, Sistan-Bəlucistan, Qərbi Azərbaycan, İsfahan və Kirman vilayətlərində silah qaçaqmalçılığına qarşı əməliyyatlar keçirilib.
AZƏRTAC İranın Təhlükəsizlik Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, xüsusi əməliyyat nəticəsində xaricdən ölkəyə qaçaqmalçılıq yolu ilə silah gətirilməsinin qarşısı alınıb.
Qeyd olunub ki, əməliyyatlar zamanı 20 nəfər həbs edilib. Onların evlərində və iş yerlərində aparılan axtarış zamanı çox sayda silah-sursat aşkar edilərək götürülüb.
Açıqlamada diqqətə çatdırılıb ki, nazirlik bu istiqamətdə fəaliyyətini davam etdirir və İrana qarşı istifadəsi nəzərdə tutulan silahların ölkə ərazisinə daxil olmasına imkan verməyəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]