İRANDAN AZƏRBAYCANA GİZLİ YOLLA KEÇMƏYƏ CƏHD GÖSTƏRƏN ERMƏNİ SƏRHƏDÇİLƏRİMİZ TƏRƏFİNDƏN YAXALANMIŞDIR
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu il iyunun 13-də Füzuli rayonunun Qazaxlar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınmış, İrandan Azərbaycana gizli yolla keçməyə cəhd göstərən 1961-ci il təvəllüdlü erməni Mkrtiçan Qerasim Qriqoryeviç sərhədçilər tərəfindən saxlanılmışdır.
Dövlət Sərhəd Xidmətinin istintaq-təhqiqat şöbəsi ölkəmizin sərhədini qanunsuz keçdiyinə görə, sərhəd pozucusuna qarşı bu il iyunun 14-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə cinayət işi başlamış, onun barəsində həbs qətimkan tədbiri seçmişdir.
Hazırda istintaq tədbirləri həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]