İranın Press TV kanalının “Facebook” səhifəsi birdəfəlik bağlanıb
Tehran, 28 mart, AZƏRTAC
“Facebook” şirkəti İranın ingilisdilli Press TV televiziya kanalının akkauntunu birdəfəlik bağlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti xüsusi bildiriş yayıb. Bildirişdə deyilir ki, televiziya kanalı “Facebook” sosial şəbəkəsinin prinsiplərinə zidd işlər görür. Lakin bu işlərin nədən ibarət olması haqqında heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Press TV-nin “Facebook” səhifəsi bir neçə dəfə müvəqqəti olaraq bağlanıb. Lakin “Facebook” şirkəti bu dəfə kanalın səhifəsini birdəfəlik bağlamaq qərarına gəlib.
Kanalın rəhbərliyi heç bir prinsipin pozulmadığını, səhifənin bağlanmasının siyasi xarakter daşıdığını bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]