İranın Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzi ilə ADA Universiteti əməkdaşlıq edəcək
Tehran, 7 yanvar, AZƏRTAC
İran İslam Respublikasının xarici işlər nazirinin müavini, Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri Hadi Süleymanpur yanvarın 21-də Azərbaycana səfər edəcək.
Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin dəvəti ilə baş tutacaq səfər çərçivəsində tələbə və müəllim mübadiləsi məsələləri müzakirə ediləcək.
Səfər zamanı Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzi ilə ADA Universiteti arasında əməkdaşlıq haqqında memorandumun imzalanması gözlənilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]