İraqda türkiyəli diplomatın qətlini təşkil edən terrorçu məhv edilib
Ankara, 26 iyul, AZƏRTAC
Türkiyənin İraqın Ərbil şəhərindəki Baş Konsulluğunun əməkdaşı Osman Kösenin qətli ilə nəticələnən terror aktını təşkil edən PKK terror təşkilatının aparıcı şəxslərindən sayılan Erdoğan Ünal zərərsizləşdirilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, terrorçu Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Silahlı Qüvvələri tərəfindən iyulun 24-də İraqın şimalındakı Qəndil bölgəsində təşkil olunan antiterror əməliyyatında məhv edilib. Bildirilir ki, 1988-ci ildən PKK sıralarına daxil olan E.Ünal 1994-1988-ci illərdə həbsdə olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]