İRAQDAKI AZƏRBAYCAN SÜLHMƏRAMLILARININ XİDMƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İraqda koalisiya qüvvələrinin tərkibində qulluq edən Azərbaycan sülhməramlı bölüyü haqqında bu yaxınlarda CENTKOM-Mərkəzi Komandanlıqda keçirilən toplantıda koalisiya qüvvələri komandanının müavini general Makkarti demişdir: “Azərbaycan sülhməramlı bölüyünün əsgərləri bölgədə çox yüksək səviyyədə xidmət edirlər, onların xidməti oradakı Amerika dəniz piyadalarının xidmətindən üstündür”.
Vətənimizin başını uca edən əsgərlərimizi ürəkdən təbrik edir, onlara xidməti vəzifələrini yerinə yetirməkdə müvəffəqiyyət arzulayırıq.