İraqın Hərbi Hava Qüvvələri İŞİD terror qruplaşmasına zərbə endirib
Bakı, 18 noyabr, AZƏRTAC
İraqın Hərbi Hava Qüvvələrinin ölkənin şərqində yerləşən Diyala əyalətində İŞİD qruplaşmasına qarşı həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində beş silahlı öldürülüb.
AZƏRTAC Al Arabiya telekanalına istinadla xəbər verir ki, İraq müdafiə nazirinin məlumatına görə, silahlılar Birləşmiş Operativ Komandanlığının Diyala əyalətindəki qərargahına hücum etməyə hazırlaşırdılar.
Bir müddət öncə İraqın təhlükəsizlik qüvvələri İŞİD qruplaşmasının “Əl-Faruk” bölməsinin komandirlərindən birini həbs edib. Qruplaşma üzvləri Əl-Mahmudiyyə və Əl-Həsva yaşayış məntəqələrini birləşdirən yolda yeddi tankı yandırıb, həmçinin 4 dinc sakinin ölümü ilə nəticələnən partlayış törədiblər.
Son zamanlar İraqın müxtəlif əyalətlərində İŞİD silahlılarının hücumları artıb. Ölkənin təhlükəsizlik qüvvələri buna cavab olaraq ekstremistlərə qarşı əməliyyatları artırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]