İrina Bokova: UNESCO ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur
Bakı, 11 iyun, AZƏRTAC
UNESCO ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur.
Bu fikri UNESCO-nun baş direktoru İrina Bokova Polşada keçirilən Beynəlxalq Qadın Sammiti çərçivəsində Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva ilə görüşündə söyləyib. İrina Bokova Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib və Azərbaycanla təşkilat arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin məmnunluq doğurduğunu vurğulayıb.
Qənirə Paşayeva Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın UNESCO ilə əlaqələrinin inkişafı, dünyada mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində gördüyü mühüm işlərdən danışıb. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında tarixi, dini, mədəni abidələri, qəbiristanlıqları dağıtması barədə söhbət açan deputat ölkəmizin bu vandalizm aktlarına qarşı mübarizədə beynəlxalq təşkilatlardan, o cümlədən UNESCO-dan daha çox dəstək gözlədiyini deyib.
İrina Bokova UNESCO-ya rəhbərliyi dövründə Azərbaycanla gözəl əməkdaşlıqdan hər zaman məmnun olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]