İrina Zaretska növbəti dəfə dünya çempionu olub
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan karateçisi İrina Zaretska (68 kiloqram) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o, finalda İsveçrə təmsilçisi Yelena Quriç ilə üz-üzə gəlib. Rəqibinə 4:3 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi üçqat dünya çempionu olub.
Qeyd edək ki, İrina Zaretska 2018 və 2021-ci illərdə keçirilən dünya çempionatlarında da qızıl medala layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]