“İşgüzar yazı bacarığı və akademik kommunikasiya” mövzusunda təlim
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzinin dəvəti ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “İşgüzar yazı bacarığı və akademik kommunikasiya” mövzusunda ikigünlük təlim keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlim “Azərbaycan dilinin orfoqrafiya qaydalarının düzgün tətbiqi”, “Durğu işarələrinin işlənmə məqamları”, “Rəsmi məktubların hazırlanması”, “İşgüzar yazışmanın məqsədi və əhəmiyyəti”, “Hesabat, qərar, sərəncam və əmrlərin hazırlanması” mövzularını əhatə edib.
Təlimdə işgüzar və akademik kommunikasiyaya dair qəbul olunmuş beynəlxalq standartlar əsasında akademik mətnlərin tərtibi ilə bağlı nəzəri və praktik biliklər verilib.