İSLAM SƏFƏRLİNİN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Fevralın 7-də Azərbaycan Yazıçılar Birliyində tanınmış şairimiz İslam Səfərlinin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş yığıncaq keçirilmişdir.
Yığıncağı Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı Anar açaraq İslam Səfərlini Azərbaycan təbiətinin gözəlliklərini şerə uğurla gətirən, nəğməkar şair kimi səciyyələndirdi.
Yazıçılar Birliyinin katibi Fikrət Qoca, şairlərdən İlyas Tapdıq, Abbas Abdulla, yazıçı dramaturq Əli Səmədlı və başqaları yubilyarın istər şer, istərsə də, dram yaradıcılığından ətraflı bəhs etdilər. Qeyd olundu ki, şairin “Bakı, sabahın xeyir”, “Dalğalar”, “Pıçıldaşın ləpələr”, “Ana” və başqa şerlərinə yazılmış mahnılar bu gün də müğənnilərimizin repertuarından düşmür, sevilə-sevilə oxunur, dinləyicilərin ruhunu oxşayır.
Yığıncaqda çıxış edənlər İslam Səfərlinin insani keyfiyyətlərindən də söz açdılar, onunla bağlı xatirələrini danışdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]