İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb
Konya, 16 avqust, Səxavət Quliyev, AZƏRTAC
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb.
O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərərək birinciliyi əldə edib.
Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.