İslandiyada vulkan püskürməsi nəticəsində bir kilometr uzunluğunda yarğan əmələ gəlib
Bakı, 16 iyun, AZƏRTAC
İslandiyanın paytaxtı Reykyavik yaxınlığında Sundhnukur vulkanı püskürüb. Bu, Şimali Atlantikada yerləşən ada ölkəsində 2021-ci ildən bəri baş verən 12-ci vulkan püskürməsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə İslandiya Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, İslandiyanın cənub-qərbində bu təbiət hadisəsi nəticəsində yaranmış yarğanın uzunluğu 700-1000 metr arasında dəyişir.
“Lava əsasən cənub-şərq istiqamətində axır və infrastruktur obyektlərinə yaxınlaşmır. GPS ölçmələri və deformasiya siqnallarına əsasən bunun nisbətən kiçikmiqyaslı bir püskürmə olduğu ehtimal edilir”, – deyə qurumun məlumatında bildirilib.
Canlı yayımda lavanın və tüstünün göyə qalxması açıq şəkildə müşahidə olunub.
Hadisə baş verdikdən sonra məşhur lüks geotermal kurort olan “Mavi laqun” və yaxınlıqdakı balıqçılıq şəhərciyi olan Qrindavikdən insanlar təxliyə edilib. Belə yarğan tipli püskürmələrdə lava mərkəzi kraterdən deyil, yer qabığında yaranan uzun yarğanlardan axaraq çıxır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]