İsmail Serageldin: Şuşanın inkişafını, bərpasını görmək çox xoşdur
Şuşa, 7 iyun, Gülay Nəzərova, AZƏRTAC
Bu gün burada - Şuşada inkişafı, bərpanı görmək çox xoşdur.
AZƏRTAC xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin iyunun 7-də Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələcəyin və ətraf mühitin yenidən qurulması iqtisadi artımı təşviq edir. “Bununla yanaşı, yaşıl enerji potensialı bölgəni davamlı inkişafa aparacaq. Artıq buraya üçüncü dəfədir ki, gəlirik. Bu gün keçirilən tədbirdə də iqtisadiyyat, ətraf mühit, enerji və bir sıra mövzuları müxtəlif aspektlərdən müzakirə edəcəyik”, - deyə İ.Serageldin qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]