İSMAYILLIDA 900-DƏN ÇOX DAİMİ İŞ YERİ AÇILMIŞDIR
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının həyata keçirilməsi İsmayıllı rayonunda da müsbət nəticələrini verir. Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası, emal müəssisələrinin və yeni istehsal, xidmət sahələrinin açılması hesabına yüzlərlə daimi iş yeri yaradılmışdır. Hazırda 60 min baş quş bəslənilən fabrikin, ildə 5 milyon ədəd kərpic istehsal olunan zavodun, xalça və kələğayı sexlərinin bərpası, heyvandarlıq məhsulları istehsalı sexlərinin tikilib işə salınması, bölgənin sosial həyatında böyük canlanmaya, sakinlərin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2004-2008-ci illər ərzində rayonda 5000 iş yerinin açılması nəzərdə tutulmuşdur. İlin əvvəlindən bəri 916 nəfər üçün daimi iş yeri açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]