İspaniya çempionatı: “Real Madrid” səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub edib
Bakı, 28 oktyabr, AZƏRTAC
“Real Madrid” futbol klubu İspaniya çempionatının 11-ci turu çərçivəsində səfərdə "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.
AZƏRTAC xəbər verir ki, hesabı 6-cı dəqiqədə “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan açıb. İkinci hissədə "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem dubla imza atıb (68, 90+2).
Beləliklə, "Barselona" mövsümdə ilk məğlubiyyətini alıb, buna qədər komanda 13 matçda məğlub olmamışdı. “Real Madrid” isə məğlubiyyətsizlik seriyasını 7 oyuna çatdırıb.
"Real" İspaniya çempionatının turnir cədvəlinə 28 xalla başçılıq edir. “Barselona” 24 xalla üçüncü pillədə qərarlaşıb.
Növbəti turda “Real Madrid” noyabrın 5-də “Rayo Valyekano”nu qəbul edəcək, “Barselona” isə bir gün əvvəl səfərdə “Real Sosyedad”la qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]