İspaniya La Liqası: “Barselona” bir dəqiqəyə vurduğu iki qolla qələbə qazanıb
Bakı, 7 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 6-da futbol üzrə İspaniya La Liqasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, Madrid təmsilçisi “Atletiko” səfərdə turnir cədvəlinin hazırkı lideri “Barselona” komandasının qonağı olub.
“Nou Kamp” stadionunda baş tutan görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalan birinci hissədə hesab açılmayıb.
Matçın ikinci hissəsinin 85-ci və 86-cı dəqiqələrində meydan sahibləri iki qol vuraraq oyunda qələbə qazanıb.
Bu qələbə sayəsində “Barselona” 62 xalla ikinci pillədə qərarlaşan “Atletiko Madrid”ən 11 xal öndədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]