İSPANİYA POLİSİNİN BİR ƏMƏLİYYATI SAYƏSİNDƏ1000 NƏFƏRİN HƏYATI XİLAS EDİLMİŞDİR
40 illik gəminin gövdəsində əvvəlcədən burğu ilə deşiklər açılmışdı. Komanda müəyyən yerdə bu deşikləri açaraq, gəminin qəzaya uğradığı barədə radio ilə sahilə məlumat verməli, sonra da motorlu qayıqda beynəlxalq sulara getməli idi. İspaniya xilasediciləri ölkənin qoşulduğu beynəlxalq normalara uyğun olaraq, qəzaya uğrayan gəminin köməyinə gələcəkdilər və onlar çatanadək, yəni azı 45 dəqiqə ərzində gəmi batacaqdı. Bu, mafiozları tamamilə qane edirdi, çünki hər sərnişindən 2-2,5 min avro almışdılar.
İnterpolun vaxtında məlumat verməsi, Syerra-Leone və Qvineya polisi ilə əməkdaşlıq sayəsində İspaniya polisi bədbəxt insanları gözlənilən faciədən qurtara bilmişdir. Gəminin kapitanı, sahibi, bütün heyəti və bu səfərin təşkilatçılarından biri həbs edilmişlər. Elə bu əməliyyat sayəsində daha bir faciənin – Fritaundan çıxıb 500 qanunsuz mühaciri İspaniyaya doğru aparan daha bir köhnə gəminin qəzaya uğradılması fəlakətinin qarşısı alınmışdır.