DÜNYA
İspaniyada Beynəlxalq Valensiya paelyası müsabiqəsi keçiriləcək
Madrid, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də İspaniyanın Sueka şəhərində 59-cu Beynəlxalq Valensiya paelyası müsabiqəsi keçiriləcək (paelya - Valensiya mətbəxinin rəmzi sayılan milli yemək növüdür. - AZƏRTAC). Müsabiqədə müxtəlif ölkələri təmsil edən 40-dan çox usta aşpaz “Dünyada ən yaxşı paelya” titulu uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, müsabiqə iştirakçıları arasında Avstraliya, Yaponiya, Meksika, ABŞ, Fransa və İtaliyadan gələn ustalar, habelə İspaniyanın müxtəlif şəhərlərinin nümayəndələri var. Milli paelya ustalarının çoxu Valensiya şəhərlərindən gələcək.
59-cu müsabiqənin təşkilatçıları bu tədbirə xas olan yeniliklər arasında Suekanın sıravi sakinlərinin bu peşə yarışında iştirak etmək imkanını xüsusi vurğulayırlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid