İspaniyada evtanaziya qanuniləşdirilib
Madrid, 12 fevral, AZƏRTAC
İspaniya Deputatlar Konqresi evtanaziya haqqında qanun layihəsini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, tarixi qərar lehinə 201, əleyhinə 140, bitərəf 2 səslə qəbul edilib. Qanunda həkimlərin köməyi ilə həyatdan könüllü surətdə getmək “hüquq” adlandırılıb və İspaniya Sosial Sığorta sisteminin vəsaitləri hesabına portfel xidmətinə daxil ediləcək. Qanun layihəsi hakim İspaniya Sosialist İşçi Partiyası (PSOE) tərəfindən irəli sürülüb. Hökumət qanunun iyun ayında qəbul ediləcəyini gözləyir.
Evtanaziya üçün “dözülməz iztirab” əmələ gətirən “ciddi və sağalmaz xəstəlikdən” və ya “əlillikdən” əziyyət çəkən hər kəs müraciət edə bilər.
Sosial Tədqiqatlar Mərkəzinin məlumatına görə, İspaniya əhalisinin əksəriyyəti (58 faiz) evtanaziyanın nizamlanması və digər insanın köməyi ilə intiharı dəstəkləyir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]