İspaniyada kəndlərin boşalmasına qarşı mübarizə portalı fəaliyyətə başlayıb
Madrid, 29 mart, AZƏRTAC
İspaniyada kənd əhalisinin sayının azalması meyli davam edir. Ölkə ərazisindəki 8124 bələdiyyədən 1360 bələdiyyənin hərəsində sakinlərin sayı 101 nəfərdən çox deyil.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, Kəndlərin İnkişafı Mərkəzləri Konfederasiyası (COCEDER) bu böhrandan çıxmaq üçün kəndlərin dirçəldilməsinə şərait yaratmalı olan layihə üzərində işə başlayıb. Bu təşəbbüsün mahiyyəti kənd yerlərində daşınmaz əmlakın vahid bazasını yaratmaq, habelə sahibkarlıq sektorunda yaşayış yerləri və işədüzəlmə ilə bağlı təkliflə tələbi uyğunlaşdırmaqdır.
Portalın müəllifləri yaşlı və gənc sahibkarlar arasında vasitəçilər kimi çıxış edir. Onlar pensiyaya çıxmağa və kənd yerində öz biznes fəaliyyətini dayandırmağa hazırlaşan yerli sahibkarlarla əlaqə yaradır, potensial sakinlərə mağazalarda, çörəkxanalarda, hətta şərab zavodlarında iş təklif edirlər.
Nigar Cəfərli
AZƏRTAC -ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]