“İSRAFİL HÜSEYNOV” BORUDÜZƏN GƏMİSİ XARİCİ SİFARİŞLƏRİ YERİNƏ YETİRƏCƏKDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Xəzər Dəniz Neft Donanmasının “İsrafil Hüseynov” borudüzən gəmisi bu il “LUKoyl” şirkətinin sifarişi ilə Xəzərin şimalında yerləşən “Yuri Korçagin” yatağında 58 kilometr uzunluğunda neft kəmərini vaxtından tez inşa etmişdir.
Bundan sonra gəminin şöhrəti və ona olan tələbat daha da artmışdır. Stingerlə birlikdə 146 metr uzunluğu, 33 metr eni və 50 metr hündürlüyü olan gəmi 2008-ci ilin avqustunda XDND-nin Gəmi Təmiri Zavodunda təmirə dayanmışdır. Hazırda 150 nəfər yüksək səviyyəli mütəxəssis gəminin yenilənməsi və modernləşdirilməsi ilə məşğuldur. Üç aydan sonra gəmi xarici ölkələrin sifarişlərinin icrası üçün hazır olmalıdır.
Dənizin 300 metrədək dərinliyində sutkada 2,5-3 kilometr boru çəkməyə qadir olan gəmi 8 qaynaq postuna malikdir və prosesləri avtomatik idarəetmə sistemi ilə həyata keçirir. “İsrafil Hüseynov” 30 sutka avtonom fəaliyyət göstərməyə qadirdir. Finlandiya ilə keçmiş Sovet İttifaqının birgə inşa etdikləri borudüzən gəmi Bakıya 1990-cı ildə gətirilmişdir. Gəminin xidmətlərindən “Əsrin müqaviləsi” çərçivəsində yüzlərlə magistral neft və qaz kəmərinin inşasında istifadə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]