Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrail eksperti: Azərbaycan əsl multikulturalizm və tolerantlıq, sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir

İsrail eksperti: Azərbaycan əsl multikulturalizm və tolerantlıq, sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir

Bakı, 27 iyul, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Bakı Slavyan Universitetinin və Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondunun təşkilatçılığı ilə iyulun 21-də start götürən Beynəlxalq yay məktəbi mühazirələrini Quba rayonunda əcnəbi tələbələr qarşısında davam etdirib. Budəfəki mühazirə Azərbaycanın tarixindəki qorxunc və qanlı hadisələrə həsr olunub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanlıların soyqırımı cinayətləri və Qarabağ müharibəsi” mövzusunda “dəyirmi masa”nın əsas moderatoru beynəlxalq münasibətlər sahəsində tanınmış İsrail eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut olub.

İsrail eksperti “dəyirmi masa” iştirakçıları qarşısında 1918-ci ilin qanlı hadisələri, xüsusilə, Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi amansızlıqla törədilmiş azərbaycanlıların soyqırımı, Azərbaycan ilə Ermənistan arasında münaqişənin əsl səbəbləri, erməni faşistlərinin 1992-ci ildə Xocalıda törətdikləri kütləvi qanlı qırğın haqqında ətraflı sənədli təqdimatla çıxış edib.

Ekspertin sözlərinə görə, Bakı Kommunası 1918-ci ilin martından başlayaraq əksinqilabçı elementlərə qarşı mübarizə şüarı ilə Bakı quberniyasının tam şəkildə azərbaycanlılardan təmizlənməsi məqsədi daşıyan plan həyata keçirməyə başlayıb. Hayfa Universitetinin doktorantı deyib: “O günlər ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətlərinə görə məhv edilib. Ermənilər evlərə od vurur, insanları diri-diri yandırır, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri və abidələri məhv edirdilər. Onlar Bakının böyük hissəsini xarabazara çevirmişdilər. Stepan Şaumyanın başçılıq etdiyi erməni birləşmələri Novruz bayramında 50 mindən çox adamı - azərbaycanlıları, ləzgiləri, habelə yəhudiləri və başqa xalqların nümayəndələrini qısa müddətdə məhv etmişdilər. Bunu əsl soyqırımı adlandırmaq olar, çünki etnik prinsiplə kütləvi qətllər hansısa banditlər tərəfindən deyil, o vaxt Bakıda rəhbərlikdə olan, Stepan Şaumyan başda olmaqla Azərbaycan kommunistləri tərəfindən törədilmişdi. İnsanları diri-diri basdırır, min-bir işgəncə verərək qətlə yetirir, məscidlərə doldurur, uşaqlı-böyüklü diri-diri yandırırdılar. Məsələn, erməni quldurları Bakıdakı Təzəpir məscidinin həyətində qalaqladıqları meyitlərdən tonqal qalamışdılar. Şamaxıda ermənilər tərəfindən 58 kənd yerlə-yeksan edilmiş, 7 min dinc sakin, o cümlədən 1653 qadın, 965 uşaq qətlə yetirilmişdi. Quba quberniyasında müsəlmanların yaşadığı122 kənd yandırılmış və viran qoyulmuşdu. Qarabağın dağlıq hissəsində 150 kənd yer üzündən silinmişdi. Ermənilərin bu kəndlərdə törətdikləri qanlı aksiyaların faciəli miqyası bəşəriyyət tarixinin ən vəhşi və amansız hadisələrindəndir. Ermənilər eyni üsulla Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qarsda 92 kəndi qarət etmiş, od vuraraq viran qoymuşdular. Bütün bu hadisələr Azərbaycanda ermənilərin məskunlaşdırılması, Azərbaycanın tarixi torpaqlarının parçalanması, Azərbaycan xalqının məhv edilməsi və onun mövcudluğunun qarşısının alınması məqsədi daşıdığını bir daha təsdiq edir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda və Azərbaycanın digər bölgələrində xüsusi amansızlıqla həyata keçirilmişdi. Bu ərazilərdə dinc sakinlər kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılmış və məhv edilmişdi”.

A.Qutun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildi: “Nazirlər Şurası bu faciəni təhqiq etmək məqsədi ilə 1918-ci il iyulun 15-də fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, Şamaxıdakı vəhşiliklərin ilkin mərhələsini, ermənilərin İrəvan quberniyası ərazisində törətdikləri ağır cinayətləri araşdırdı. Xarici İşlər Nazirliyi bu gerçəklikləri dünya ictimaiyyətinə çatdırmaq üçün xüsusi struktur yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərin 31 mart tarixini matəm günü elan etdi. Bu, azərbaycanlıların soyqırımı prosesinə ilk siyasi qiymət vermək cəhdi idi. Amma Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi”.

Sonra israilli ekspert Ermənistan-Azərbaycan münaqişəsinin əsl səbəbləri üzərində ətraflı dayanaraq dedi: “1988-ci ildə ermənilər Azərbaycana qarşı açıq-aşkar ədavət siyasətinə keçdilər. Qarabağda iki azərbaycanlının qətlə yetirilməsi və Topxana meşəsinin qırılması münaqişəni daha da alovlandırdı, onu silahlı qarşıdurma müstəvisinə keçirdi. Hər şey problemin çox ciddi olduğunu göstərirdi. Hadisələr ildırım sürəti ilə elə inkişaf edirdi ki, azərbaycanlılar nə ermənilərin verdiyi bəxşişlər fonunda münaqişəyə biganəlik nümayiş etdirən Qorbaçovu anlamağa, nə ərazisinin böyük bir hissəsinin faktiki olaraq nəzarətdən çıxmasının səbəblərini, nə də o vaxtkı hökumətin etinasız davranışını anlamağa macal tapırdılar. Münaqişənin coğrafiyası isə günbəgün genişlənirdi. 1989-cu ildə Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxması və Ermənistan SSR-in tərkibinə qatılması haqqında heç bir qanuni əsası olmayan qərar qəbul etdi. Bu, faktiki olaraq Azərbaycan ərazilərinin qəsb edilməsi demək idi. Həmin vaxtdan ermənilər mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirdilər və bu nöqteyi-nəzərdən Azərbaycanda keçirilən etiraz aksiyaları artıq proseslərin inkişafı istiqamətini dəyişdirmək iqtidarında deyildi. Ermənilərin təcavüzkar siyasətinin həyata keçməsində, şəksiz ki, məhz xarici qüvvələr böyük rol oynamışdılar. Bu baxımdan o vaxtkı SSRİ rəhbərliyinin səyləri diqqət çəkirdi. Sovet ordusunun 1990-cı ildə Bakıda keçirdiyi hərbi əməliyyatlar bunun növbəti təsdiqi oldu. Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsinə qarşı etiraz aksiyaları sovet əsgərlərinin güllələri ilə yatırıldı”.

Arye Qut öz moderatorluğu çərçivəsində erməni faşistlərinin 1992-ci ilin fevralında Xocalı şəhərində törətdikləri kütləvi qanlı qırğın haqqında ətraflı sənədli təqdimatla çıxış edib. Onun təqdimatı konfransın iştirakçılarını və qonaqlarını şoka salıb.

Arye Qut deyib: “1992-ci ildən başlayaraq erməni qruplaşmalarının hərbi əməliyyatlar coğrafiyası daha da genişləndi və Azərbaycanın rayonları bir-birinin ardınca ermənilər tərəfindən işğal edildi. 1992-ci ildə Xocalıda törədilən dəhşətli soyqırımı erməni hərbi dəstələrinin törətdiyi vəhşiliklərin miqyası barədə real təsəvvür yaradır. Bu faciənin tükürpərdici və amansız səhnələri Azərbaycanın qəlbində əbədi sağalmaz yaraya çevrilib. Bu faciə bütün bəşəriyyət əleyhinə cinayətdir. Erməni silahlı qüvvələrinin və muzdlu dəstələrinin şəhəri tərk etməyə macal tapmamış xocalılıların heç birinə aman verməməsi artıq tarixi faktdır və Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin səbəbi yalnız onların azərbaycanlı olması idi. Hazırda Ermənistanda yüksək vəzifələr tutan adamlar - Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında durmalıdırlar. Cinayət cəzasız qalmamalıdır, çünki cəzasızlıq yeni-yeni cinayətlər doğurur. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana ittihamlar irəli sürməlidir”.

Ekspert vurğulayıb ki, Ermənistan Prezidenti Serj Sarkisyanın səmimi etirafını xatırlamağa dəyər. S.Sarkisyan həyasızcasına deyib: “Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi məhz Xocalıda qırdıq”. Natiq 1996-cı ildə çap olunmuş “Ruhumuzun canlanması” kitabında Xocalı soyqırımına haqq qazandıran Zori Balayanın etiraflarını da diqqətə çatdıraraq deyib: “Terrorçu Balayan kitabında ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımını, təhqir və həqarətləri fəxrlə sadalayıb. Bu cinayətkar və qatı şovinist utanıb-qızarmadan bəyan edib ki, ermənilərin Xocalıda törətdikləri ilə hər bir erməni qürur duymalıdır. Bu faktlar sübut edir ki, Xocalı şəhərində dinc mülki əhalinin düşünülmüş şəkildə məhv edilməsi onları təkcə azərbaycanlı olduqlarına görə kütləvi qırmaq məqsədi daşıyıb. Xocalıda əmrlər verən məhz bu adamlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.

Arye Qut vurğulayıb ki, İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını tarix heç vaxt unutmayacaq. Ekspert çıxışını belə yekunlaşdırıb: “Millətçi komandir Dronun başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və faşistlərə yararsız olan digər xalqların nümayəndələrini ələ keçirərək məhv etmək olub. Erməni legionu əsir düşərgələrində ölüm marşları da təşkil edib. Zənnimcə, erməni generalı Dronun məhz Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın şəxsində varisləri XX əsrin sonlarında Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğın və soyqırımı aktı törədiblər. Serj Sarkisyan və onun Ermənistanda hakimiyyətdə olan bütün klanı qaniçən Dro və Njdenin varisləridir. Xocalıda misli görünməmiş vəhşilik və amansızlıqla törədilən qanlı soyqırımı aktı XX əsrin ən dəhşətli faciələrindən biri olub. Erməni silahlı birləşmələrinin vəhşilikləri nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsirlikdə min bir işgəncə, təhqir və həqarətlərə məruz qalıblar. Bu faciə bütün bəşəriyyət əleyhinə cinayətdir”.

İsrail ekspertinin fikrincə, Ermənistan ilə ağır və qanlı ərazi münaqişəsinə və ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, ikili standartlardan əziyyət çəkən və çox mürəkkəb və kövrək geosiyasi əhatədə yerləşən Azərbaycan Respublikası Cənubi Qafqazın hamı tərəfindən qəbul edilən regional lideri olmaqla bərabər, həm də həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir”.

O deyib: “Ancaq etnik təmizləməyə və təcavüzə baxmayaraq, tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarından biri olaraq qalmaqdadır. Bu baxımdan Azərbaycan unikal dünyəvi ölkə, islam dünyasının yüksək iqtisadi sürətlə inkişaf edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı inkişaf mayakıdır. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və olacaq. Qədim Azərbaycan torpağında yəhudilik və islam, atəşpərəstlik və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir. Ölkənin yəhudi icmasına səmimi qardaşlıq münasibəti Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Azərbaycanda heç vaxt antisemitizmin olmadığını və yəhudilərin heç vaxt özlərini əcnəbi hiss etmədiklərini vurğulamaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Bundan əlavə, ölkədə ilk yəhudi muzeyi inşa etmək planlaşdırılır. Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam yaşadığı yeganə unikal yerdir, Azərbaycanın əsl qürur mənbəyidir. İsrail Dövləti Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Prezidentinin yəhudilərə dünyada nümunəsi olmayan səmimi və bənzərsiz münasibətini yüksək qiymətləndirir. İnsanların təkcə eyni dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv edildiyi bu zalım və qanlı-qadalı dünyamızda biz İsraildə müasir, sivil və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və dəyərləndiririk. Azərbaycan əslində islam dünyasının bir çox ölkələrinə həqiqi bir örnək, bir növ tərəqqi və inkişaf mayakı ola bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik