İsrail Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyətini dayandırıb
Moskva, 3 mart, AZƏRTAC
İsrailin Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulluğu martın 2-dən etibarən konsulluq xidmətlərini növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq dayandırıb.
AZƏRTAC xəbər verir ki, müvafiq bəyanat diplomatik nümayəndəliyin rəsmi saytında dərc olunub. Bəyanatda qeyd olunur ki, konsulluq bölməsində fəaliyyətin bərpası vaxtı hələlik müəyyən edilməyib.
Vətəndaşlara konsulluğun rəsmi kanallarındakı yenilikləri izləmək tövsiyə olunur. Sənədlərin işlənməsi, vizalar və digər konsulluq prosedurları ilə bağlı məsələlər müvəqqəti olaraq əlçatan deyil.
Mediada yayılan məlumatlara görə, baş konsulluğun fəaliyyətinin dayandırılması qərarı beynəlxalq vəziyyətin gərginləşməsi ilə üst-üstə düşüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva-
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [23:45]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]