İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq
Vaşinqton, 24 aprel, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens, Dövlət katibi Marko Rubio, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi və Livandakı səfiri Mişel İssa bu gün Oval Ofisdə İsrail və Livanın yüksəkvəzifəli nümayəndələri ilə görüşüblər.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Donald Tramp “Truth” sosial mediasında yazıb. O, görüşün çox yaxşı keçdiyini bildirib.
“Amerika Birləşmiş Ştatları Livanın “Hizbullah”dan qorunmasına kömək etmək üçün onunla əməkdaşlıq edəcək. İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq. Yaxın gələcəkdə İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu tarixi görüşdə iştirak etmək böyük şərəf olar”,- deyə Tramp əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]