İSRAİLİN BAŞ NAZİRİNDƏ DAHA BİR UĞURLU CƏRRAHİ ƏMƏLİYYAT APARILMIŞDIR
Şaronu müalicə edən həkimlər traxeotomiya əməliyyatı aparılmasının zəruriliyini hələ bir neçə gün əvvəl, xəstəni süni koma vəziyyətindən çıxardıqdan sonra bildirmişdilər. Əməliyyat xəstəni süni tənəffüs aparatından ayırmaq üçün aparılmışdır. Bundan əvvəl aparılan kompüter tomoqrafiyası Şaronun beyninin vəziyyətində heç bir dəyişiklik aşkara çıxarmamışdır.
Bu, geniş insult keçirmiş Şaronun yanvarın 4-də “Hadassa” hospitalına qoyulmasından sonra onun üzərində aparılmış dördüncü cərrahi əməliyyat idi.
Xatırladaq ki, asfiksiya (boğulma) zamanı ən təcili yardım kimi traxeotomiya əməliyyatı hələ qədim yunan həkimi Hippokratın (eramızdan əvvəl təqribən 460 - təq. 370-ci illər) və qədim Roma həkimi Qalenin (təq. 130 - təq. 200-cü illər) dövründən məlumdur. İlk əməliyyatlar çox vaxt uğursuz olurdu. İlk uğurlu traxeotomiya əməliyyatını yalnız 1546-cı ildə italyan həkimi Antonio Musa Brasavola aparmışdır.
Həkim bu əməliyyatı istənilən şəraitdə və əlinə birinci keçən kəsici alətlə (bəzən bu, mətbəx bıçağı və çini dəmçaydanının lüləsi ola bilər) keçirməyi bacarmalıdır. Lakin o, cərrah otağında, əsasən, ümumi narkoz altında aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]