İsraillə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə edilib
Bakı, 20 fevral, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan-İsrail Birgə Hökumətlərarası Komissiyasının həmsədri Zeyev Elkin ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. İsraillə həyata keçirilən investisiya layihələrinin hazırkı vəziyyəti, eləcə də müzakirə mərhələsində olan layihələr barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ticarət, investisiya, innovasiyalar, rəqəmsal inkişaf, ətraf mühit və digər sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi üçün münbit zəmin var.
Tərəflər qarşılıqlı iqtisadi münasibətlərin perspektivləri, həmçinin Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi haqqında müzakirələr aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]