Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrailli ekspert: Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir

Bakı, 23 dekabr, AZƏRTAC

Avrasiya Yəhudi Konqresinin və İsrail Xarici İşlər Nazirliyinin Avrasiya Departamentinin birgə akademik və tətbiqi tədqiqatlar layihəsi olan Avrasiya Avropa Tədqiqatları İnstitutu postsovet məkanında, Şərqi Avropa və Avrasiya ölkələrində yəhudi icmalarının problemləri ilə məşğul olan israilli aparıcı ekspertlərin iştirakı ilə dəyirmi masa təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu tədbirin məqsədi həmin regionlarda yəhudi icmalarının müasir vəziyyətini, onların üzləşdiyi ənənəvi və yeni çağırışları və inkişaf perspektivlərini “beyin həmləsi” üsulu ilə qiymətləndirməkdir.

Beynəlxalq münasibətlər sahəsində ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan evi”nin icraçı direktoru Arye Qut İsrail-Azərbaycan strateji tərəfdaşlığının təşəkkülündə və inkişafında yəhudi icmasının roluna həsr olunmuş təqdimatında qeyd edib ki, Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də belədir. Arye Qut deyib: “Qədim Azərbaycan torpağında iudaizm və İslam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. Bu diyar indi də tolerantlıq və dini dözümlülük nümayiş etdirir. Ölkədəki yəhudi icmasının nümayəndələrinə səmimi qardaşlıq münasibəti Azərbaycan tolerantlığının parlaq nümunələrindən biridir. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda ta qədimdən bəri heç vaxt antisemitizm olmayıb, yəhudilər burada özlərini heç vaxt qərib hiss etməyiblər. Yəhudilər Azərbaycanda özlərini Vətəndə olduğu kimi hiss ediblər və yenə belədir”.

İsrailli ekspertin fikrincə, Azərbaycanın və ya dünyada yəhudi icmalarının hüdudlarından kənarda nisbətən az adama məlumdur ki, yəhudi icması Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində çox mühüm rol oynayıb.

Dəyirmi masa iştirakçıları qarşısında çıxış edən Arye Qut vurğulayıb: “Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə naziri doktor Yevsey Gindes, AXC hökumətində Maliyyə nazirinin müavini və Mərkəzi Bankın direktoru Mark Aberquz olub. Bu, ilk baxışda fantastik görünür, lakin yəhudi icmasının iki nümayəndəsi İslam dünyasında ilk parlament demokratiyası olan AXC hökumətində nazir olub, yəhudi fraksiyalarının nümayəndələri AXC parlamentində təmsil olunub.

AXC-nin mövcud olduğu 1918-1920-ci illərdə yəhudi icması “Qafqaz yəhudi bülleteni” jurnalını, “Fələstin” qəzetini, həmçinin “Sion Gəncləri” adlı jurnalı nəşr etdirib. Sovet hakimiyyəti illərində yəhudilər Azərbaycanın elmi-intellektual, iqtisadi və siyasi həyatında mühüm və qiymətli rol oynayıblar”.

Qut qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında silahlı münaqişəyə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, “Odlar Yurdu” əsl sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsidir. Arye Qut deyib: “Azərbaycandakı yəhudi icması bu dialoqda mühüm rol oynayır. Bu gün millətlərarası və dinlərarası münaqişələrin alovlandığı qəddar dünyada Azərbaycan bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı sabitlik və firavanlıq adasıdır. Bu gün güclü və müstəqil Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla həyata keçirir. Azərbaycan uğurlu geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində regionun ən qüdrətli geosiyasi özəyinə və liderinə çevrilib, Cənubi Qafqaz kimi strateji regionda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir siyasi, iqtisadi məsələ və nəqliyyat məsələsi həll edilə bilməz. Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 27 illik tarixi ərzində əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlətlə yəhudi dövləti arasında strateji münasibətlərin zəruriliyi və həyat qabiliyyətli olması sübut edilib. Bizim dost ölkələrimiz həqiqi və etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərir. Azərbaycan dünyaya aydın şəkildə göstərir ki, o, Azərbaycan cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasətini həyata keçirir, əslən Azərbaycandan olanların çoxu bu tolerantlıq amilinə görə qürur duyur”.

İsrailli ekspert vurğulayıb ki, Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev Azərbaycanda yaşayan bütün icmaların, o cümlədən yəhudi icmasının ənənələrinə və həyatına sözün həqiqi mənasında diqqətli, həssas və səmimi münasibət bəsləyir. O deyib: “Qədim Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin İsrailin hüdudlarından kənarda yığcam yaşadığı yeganə və unikal yerdir. Qırmızı qəsəbədə görə biləcəkləriniz Azərbaycanda dini konfessiyaların, o cümlədən müsəlmanların və yəhudilərin sıx əməkdaşlığının və tərəfdaşlığının nəticəsidir. Hazırda bizdə müxtəlif dinlərin təmsilçilərinin dinc yanaşı yaşamalarının və bir-birinə hörmətlə yanaşmalarının real və həqiqi nümunəsi var. Prezident İlham Əliyev dünyəvi dövlətə, tolerantlığa sadiqliyinə, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən yəhudilərə hörmətlə yanaşdığına görə həm İsrail cəmiyyətinin, həm də dünyada yəhudi icmalarının xeyli hissəsinin hörmətini və ehtiramını qazanıb”.

Müəllif daha sonra deyib: "Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin 2016-cı ilin sentyabrında Azərbaycana tarixi səfəri zamanı mənə ondan müsahibə götürmək xoşbəxtliyi nəsib oldu. O, yəhudi icmasının Azərbaycanda vəziyyəti haqqında təəssüratları barədə sualıma belə cavab verdi: “Mən bilirəm ki, Holokost zamanı Azərbaycan Avropa yəhudiləri üçün az sayda sığınacaqlardan birinə, daha sonra həqiqi Vətənə çevrilib, onlar öz həyatlarını və övladlarının həyatını nasistlərdən xilas ediblər. “Dağ yəhudiləri” anlayışı mənə çox mücərrəd və anlaşılmaz təsir bağışladı. Onlar haqqında çox eşitmişəm, lakin məskunlaşdıqları yerləri heç vaxt görməmişəm. Lakin Quba rayonunda Azərbaycan xalqının və ölkə rəhbərliyinin dağ yəhudilərinə mehriban və səmimi münasibətini gördüm. Mən Qırmızı qəsəbədə gözəl sinaqoqda oldum. Nümayəndə heyətimizi və məni qarşılamağa bu qədər çox insanın gəldiyini görməkdən çox ruhlandım və riqqətə gəldim. Sözün düzü, mən müsəlman ölkəsində qüdrətli yəhudi icması görəcəyimi gözləmirdim. Dünyada belə presedentlər yoxdur. Düşünürəm ki, Qırmızı qəsəbə başqa ölkələrin örnək götürməsi üçün əla nümunədir. Azərbaycan multikulturalizm sahəsində uğurları ilə fəxr edə bilər. Mən Ümumdünya Yəhudi Konqresinin prezidenti kimi, Azərbaycan xalqının yəhudi icmasına ehtiramlı və mehriban münasibətini yüksək qiymətləndirirəm və Azərbaycan Prezidenti İlham Əliyevə öz səmimi minnətdarlığımı bildirmək istəyirəm”.

A.Qut dəyirmi masa iştirakçıları qarşısında çıxışında belə bir faktı xüsusi qeyd edib: “Bu gün təkzibolunmaz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibətləri yoxdur. Bu münasibətlər İsrailin müsəlman ölkəsi ilə əməkdaşlıq münasibətlərinin modeli rolunu oynaya bilər. Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş münasibət bəsləyir. Bu münasibətin dünyada presedenti yoxdur. Bir neçə il əvvəl məhz Prezident İlham Əliyevin himayəsi ilə Bakının mərkəzində yeni sinaqoqlar və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Bir ay əvvəl Bakıda Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşdə həlak olmuş dağ yəhudisi Albert Aqarunova abidə ucaldılıb. Eyni zamanda, Azərbaycan rəhbərliyi Bakıda Yəhudi Mədəniyyət Mərkəzinin yaradılması haqqında qərar qəbul edib. Dünyada ilk Dağ Yəhudiləri Muzeyi məhz Azərbaycanda, məşhur Qırmızı qəsəbədə yaradılır”.

Ekspertin sözlərinə görə, sirr deyil ki, Azərbaycan İsrail üçün həmişə cəlbedici olub. Özü də təkcə bu ölkədə antisemitizmin olmaması səbəbindən deyil. O deyib: “Rəsmi Bakı başqa yerlərdə antisemitizm təzahürlərini dəfələrlə pisləyib və qınayıb. Azərbaycan isə bu gün bütün dünya birliyi üçün tolerantlıq və multikulturalizm nümunəsidir. Tarixən azərbaycanlıların həyatına xas olan multikulturalizm və tolerantlıq bu gün hər bir Azərbaycan vətəndaşının gündəlik həyatının ayrılmaz cəhətinə çevrilib”.

Azərbaycan və İsrail, habelə Azərbaycan müsəlmanları və yəhudiləri arasında münasibətlərin təkcə qarşılıqlı maraqla izah edilə bilməyəcəyini qeyd edən israilli ekspert çıxışını bu sözlərlə tamamlayıb: “Bu gün müasir Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərdən və ümumi tarixdən qaynaqlanır. İnsani əlaqələrin olması və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşir. Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə dinc yanaşı yaşayıblar, bu gün də qardaş kimi yanaşı yaşayırlar, ümumi tarix və tale ilə əbədi bağlıdırlar”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO